Zəmanət şərtləri
Yapon keyfiyyəti ənənələrini prinsipinə çevirən Yoshiro brendinin texniki dəstək və zəmanət xidmətlərini Baku Service Company həyata keçirir. “Baku Service Company”nin əsas məqsədi qısa vaxt ərzində müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdir.
Yoshiro brendinə məxsus məhsullara verilən zəmanət şərtləri ilə tanış ola bilərsiniz.
ZƏMANƏT XİDMƏTLƏRİ VƏ PULSUZ SERVİS XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ ŞƏRTLƏRİ.
1. Baku Service Company cihazın satış tarixindən başlayaraq istehsalçının verdiyi zəmanət müddətində pulsuz zəmanət xidməti göstərir və 12 ay 5ərzində cihaz üçün tam məsuliyyət daşıyır.
2. Əgər hər hansı bir təmir işi cihazın sökülməsini və ya konstruksiya dəyişkənliyini tələb edirsə, o zaman Zəmanət xidməti göstərilmir. Zəmanət xidmətinin göstərilməməsi aşağıda qeyd olunan bütün cihazlara aiddir:
- Distansiyon idarə etmə mexanizmində, batareyalar, qidalandırıcı elementlər, daxili qidalandırıcı mənbələr və enerji ehtiyatını təmin edən cihazlar.
- Birləşdirici kabellər, antennalar və onlar üçün ötürücülər, qulaqlıqlar, mikrofonlar, hends fri (qarnitur), müxtəlif informasiya daşıyıcıları (audio-video kassetlər, müxtəlif proqram diskləri, drayver və kart yaddaşı)
- Üzlük, remen, ötürücü qoşulmalar, quraşdırma alətləri, sənədlər və s.
Əlavə olaraq:
- Soyuducuların uducusu, hava təmizləyici (biodezarator) filter, yeşiklər və digər həcmli ərzaq saxlamaq üçün qablar;
- Mikrodalğalı sobalar üçün: Qab, vertel, barmaqlı;
- Tozsoranlar üçün: Boru, başlıq, toz yığan, filter;
- Paltaryuyan maşınlar üçün: Zibil filteri və su filteri;
- Kondisionerlər üçün: Filter;
- Printer üçün: Katric;
- Mobil telefonlar üçün: JK indekatoru.
3. Pulsuz Servis xidməti 3-cü bənddə qeyd olunan cihazların ləvazimatları üçün göstərilmir.
4. Baku Service Company zəmanət məsuliyyətini və pulsuz servis xidmətini aşağıdakı hallarda həyata keçirmir:
- İstismar qaydalarına riayət edilməməsi nəticəsində nasazlıq yarandıqda;
- Mexaniki zədələr və təbii fəlakətlər nəticəsində nasazlıq yarandıqda;
- Elektrik cərəyanının qeyri-sabit olması nəticəsində nasazlıq yarandıqda;
- Nəmişliyin normadan yuxarı olması və məhsulun daxilinə kənar cisimlərin (həşərat, maye və s.) keçməsi nəticəsində nasazlıq yarandıqda;
- Periodik təmizləmələr və texniki qulluq qaydalarına riayət edilməməsi nəticəsində nasazlıq yarandıqda;
- Elektrik, su və ya qaz parametrlərinin normadan kənara çıxması nəticəsində nasazlıq yarandıqda;
- Zəmanət talonunda göstərilmiş məlumatlarla təqdim edilmiş məhsulun eyniliyini (marka, model, seriya) müəyyən etmək mümkün olmadıqda və ya bu məlumatlarda sonradan dəyişiklik edildikdə;
- Məhsula səlahiyyəti olmayan şəxs tərəfindən müdaxilə edildikdə (konstruksiyasında dəyişiklik edildikdə, kabel sisteminə calaq verildik də, keyfiyyətsiz təmirə məruz qalıbsa, üçkontaktlı şəbəkə qoşulması olan məhsulların düzgün yer birləşməsi olmadıqda və digər formada məhsula müdaxilə edildikdə);
- İstifadə və quraşdırma qaydalarına əməl etməyib, onlardan düzgün istifadə etmədikdə;
- Xüsusi quraşdırma tələb edən məhsullar (kombi, kondisioner və s.) servis əməkdaşları tərəfindən quraşdırılmadıqda;
- Əgər cihaz ailə və məişət istifadəsi üçün nəzərdə tutulubsa, lakin istifadəsinə yararlı olmayan digər məqsədlərlə istifadə olunursa.
5. Zəmanət məsuliyyəti və pulsuz servis xidməti aşağıdakı çatışmamazlıq detallarına aid deyil:
- Cihaz müştəriyə təhvil verildikdən sonra müştərinin istifadəsi zamanı mexaniki zədələnmə baş verdikdə;
- Standartlara uyğun olmayan telekommunikasiya, kabel və digər faktorların istifadəsi zamanı;
- Standartlara uyğun olmayan və keyfiyyətsiz detalların istifadəsi zamanı yaranan zədələr zamanı.
- Bütün bu əməliyyatların Servis işçisi tərəfindən həyata keçirilməyi daha məqsədyönlüdür.
Zəmanət talonu yalnız aşağıdakı hallarda etibarlı sayılır:
Zəmanət talonunda cihazın modeli: seriya nömrəsi, satış tarixi, firma satıcılarının möhürü və alıcının imzası qeyd olunmalıdır.
QEYD: Zəmanət talonunda olan cihazın model və seriya nömrəsi cihazın üzərində olan model və seriya ilə eyni olmalıdır.